• $
  • €
  • ₽
  • ₺
  • £

Neft qiymətlərindəki dəyişikliklər hələlik proqnozlara təsir etməyib

Neft qiymətlərindəki dəyişikliklər hələlik proqnozlara təsir etməyib
16.06.2026 10:25

Yaxın Şərqdəki geosiyasi hadisələrin təsiri ilə neft qiymətlərində müşahidə olunan dəyişikliklər hələlik Azərbaycanın iqtisadi proqnozlarına təsir göstərməyib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

Onun sözlərinə görə, ilin əvvəlində neft tədarükləri üzrə bir sıra fyuçers müqavilələri əvvəlcədən imzalandığından qiymət dəyişikliklərinin təsiri dərhal hiss olunmayıb.

"Mart, aprel və may ayları üzrə fyuçers müqavilələri daha əvvəl bağlanmışdı. Neft qiymətlərində sonrakı yüksəliş əsasən ilin ikinci və üçüncü rüblərinə təsadüf edib", - o qeyd edib.

Nəsirov bildirib ki, hazırda Yaxın Şərqdə baş verən hadisələrin fonunda neft bazarında müəyyən ucuzlaşma meyilləri müşahidə olunur. Bununla belə, qiymətlərin gələcək istiqamətini proqnozlaşdırmaq çətindir.

"Neft qiymətlərinin gələcək dinamikasını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu, əsasən geosiyasi amillərdən asılıdır. Mövcud tendensiya davam edərsə, orta qiymət göstəricilərinə müəyyən təsir göstərə bilər", - o vurğulayıb.

O əlavə edib ki, hazırda neft qiymətləri ilə bağlı mövcud proqnozlarda və makroiqtisadi göstəricilərdə dəyişiklik yoxdur.

"Qiymət dəyişikliklərinin iqtisadi göstəricilərə təsiri ilə bağlı hər hansı yenilənmə olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək", - o bildirib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol