• $
  • €
  • ₽
  • ₺
  • £

AIIB beş ildə kreditləşməni iki dəfə artırmağı planlaşdırır

AIIB beş ildə kreditləşməni iki dəfə artırmağı planlaşdırır
16.06.2026 12:11

Asiya İnfrastruktur İnvestisiya Bankı növbəti beş ildə kreditləşməni iki dəfə artırmağı və yaşıl, rəqəmsal infrastruktura dəstəyi genişləndirməyi planlaşdırır. Bunu bankın vitse-prezidenti və korporativ katibi Şerard Kauper-Koulz bildirib.

Onun sözlərinə görə, ötən il bankın kredit portfelinin 70%-i yaşıl layihələrə yönəlib. Kauper-Koulz əlavə edib ki, AIIB-in hazırda 111 üzvü var və Afrika, eləcə də Latın Amerikasından bir sıra ölkələr banka qoşulmaq istəyir.

O bildirib ki, bəzi ölkələrdə rəsmi inkişaf yardımının azalması fonunda inkişaf bankları qarışıq maliyyələşdirmədən istifadə etməli, özəl kapitalı səfərbər etməli və rəqəmsal maliyyəni genişləndirməlidir.

Kauper-Koulz qeyd edib ki, infrastruktur yalnız yollar, limanlar və körpülərdən ibarət deyil, həm də müasir iqtisadiyyatları dəstəkləyən rəqəmsal, səhiyyə və təhsil infrastrukturlarını əhatə edir.

O əlavə edib ki, AIIB İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa hazırdır və layihələrin hazırlanmasından icrasına qədər texniki dəstəyi artıracaq.

N.Tebrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol