• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatına son 20 ildə 350 milyard dollardan çox investisiya yatırılıb - Baş nazir

Azərbaycan iqtisadiyyatına son 20 ildə 350 milyard dollardan çox investisiya yatırılıb - Baş nazir
17.06.2026 10:28

Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb və bunun təxminən yarısı xarici sərmayələrin payına düşüb. Bunu baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışında bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycan iqtisadiyyatın açıqlığı və sahibkarlığın təşviqi siyasətini ardıcıl şəkildə davam etdirir.

“Ölkədə investorların hüquqlarının qorunmasını, investisiyaların toxunulmazlığını, kapitalın sərbəst hərəkətini və bazarın bütün iştirakçıları üçün bərabər şəraiti təmin edən müasir qanunvericilik bazası yaradılıb”, - o bildirib.

Əsədov qeyd edib ki, Azərbaycanın Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi ölkənin mühüm rəqabət üstünlüklərindən biridir. Onun sözlərinə görə, son illərdə həyata keçirilən infrastruktur layihələri Azərbaycanı regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib.

Baş nazir əlavə edib ki, ölkə hazırda da dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına böyük həcmdə investisiya yatırır.

O, yaşıl enerji sektorunu da prioritet istiqamətlərdən biri kimi dəyərləndirib.

“Azərbaycan enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaq üçün iddialı hədəflər müəyyənləşdirib. Günəş və külək enerjisi sahəsində iri layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılır”, - Əsədov vurğulayıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol