• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Bakı Fond Birjası və brokerlərin kraudfandinq ekosisteminə cəlb edilməsini təklif edib

Deputat Bakı Fond Birjası və brokerlərin kraudfandinq ekosisteminə cəlb edilməsini təklif edib
17.06.2026 14:56

Milli Məclisdə innovasiya və investisiya mühitinin inkişafına dair qanunvericilik dəyişikliklərinin müzakirəsi zamanı deputat Əlibala Məhərrəmzadə qanun layihəsində Bakı Fond Birjasının və broker institutlarının roluna daha geniş yer verilməsinin məqsədəuyğun olduğunu açıqlayıb. 

Deputatın sözlərinə görə, beynəlxalq təcrübədə investisiya bazarlarının formalaşması və inkişafında brokerlər mühüm funksiyanı yerinə yetirirlər.

“Bakı Fond Birjasının və ölkədə fəaliyyət göstərən brokerlərin bu prosesə cəlb olunması faydalı ola bilər. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin təcrübəsindən istifadə edilməlidir”, - o qeyd edib.

Məhərrəmzadə həmçinin səhmdar cəmiyyətlərin inkişafı və səhmlərin dövriyyəsi ilə bağlı mövcud mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

“Dünyada investorlar üçün səhmlər daha cəlbedici investisiya alətlərindən hesab olunur. Buna görə də səhmdar cəmiyyətlərin inkişafı və səhmlərin effektiv dövriyyəsi üçün daha müasir mexanizmlərin yaradılması vacibdir”, – deputat bildirib.

Onun fikrincə, yeni maliyyələşmə alətlərinin tətbiqi ilə yanaşı, kapital bazarının mövcud institutlarının imkanlarından istifadə olunması investisiya mühitinin daha da inkişafına töhfə verə bilər.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol