• $
  • €
  • ₽
  • ₺
  • £

Xitam qərarlarından əvvəl yumşaq mexanizmlər işə salınmalıdır - deputat

Xitam qərarlarından əvvəl yumşaq mexanizmlər işə salınmalıdır - deputat
17.06.2026 15:00

Milli Məclisdə kraudfandinq və innovativ maliyyələşmə mexanizmləri ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli layihədə investisiya limitlərinin və vergi güzəştlərinin daha aydın müəyyənləşdirilməsinin vacibliyini açıqlayıb. 

Deputat qeyd edib ki, beynəlxalq təcrübədə kraudfandinq platformaları vasitəsilə maliyyələşdirilən layihələr və investorlar üçün müəyyən limitlər tətbiq olunur.

“Latviyada və Avropa İttifaqının digər ölkələrində bir layihə üzrə 12 ay ərzində toplanacaq vəsaitin maksimum həddi müəyyən edilir. Eyni zamanda fərdi investorlar üçün də investisiya limitləri mövcuddur. Təklif olunan layihədə isə bu limitlərlə bağlı konkret rəqəmlər göstərilmir”, - o bildirib.

Məsimli layihədə tənzimləmə və nəzarət funksiyalarının əsasən Mərkəzi Bankın üzərində cəmləşdirildiyini qeyd edərək, bunun müəyyən risklər yarada biləcəyini vurğulayıb.

“Digər ölkələrdə də mərkəzi banklar bu prosesdə mühüm rol oynayır. Ancaq burada müəyyən mərkəzləşmə meyilləri hiss olunur. Bu yanaşmanın qanunun praktik tətbiqinə və investor fəallığına təsiri nəzərə alınmalıdır”, – deputat deyib.

O, innovasiya və startap maliyyələşməsi sahəsinin spesifik xüsusiyyətlərini nəzərə alaraq ayrıca vergi rejiminin hazırlanmasını da təklif edib.

“Vergi güzəştləri nəzərdə tutulur və bu müsbət haldır. Lakin hesab edirəm ki, bu yeni və xüsusi sahə üçün ayrıca, spesifik vergi rejiminin işlənib hazırlanması daha məqsədəuyğun olardı”, – Məsimli qeyd edib.

Deputat həmçinin fərdi investorların bir layihəyə və ya platformaya yatıracağı vəsaitin maksimum və minimum hədlərinin əvvəlcədən müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, o, hesabatların vaxtında təqdim edilməməsinə görə nəzərdə tutulan bəzi sanksiyaların sərt olduğunu bildirib və xəbərdarlıq mexanizmlərinin tətbiqinin daha məqsədəuyğun ola biləcəyini qeyd edib.

“Bəzi hallarda fəaliyyətə xitam verilməsi kimi tədbirlər nəzərdə tutulur. Hesab edirəm ki, belə qərarlardan əvvəl xəbərdarlıq və digər preventiv mexanizmlər tətbiq olunmalıdır”, – deputat əlavə edib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol