• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngəzur dəhlizinin illik 15 milyon ton ötürmə qabiliyyətinə malik olması planlaşdırılır

Zəngəzur dəhlizinin illik 15 milyon ton ötürmə qabiliyyətinə malik olması planlaşdırılır
19.06.2026 10:33

Zəngəzur dəhlizinin illik 15 milyon ton ötürmə qabiliyyətinə malik olması planlaşdırılır. Eyni zamanda Bakı Limanının ikinci mərhələ genişləndirilməsi layihəsi çərçivəsində limanın yükdaşıma gücü illik 25 milyon tona və 500 min TEU səviyyəsinə çatdırılacaq.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada bildirib.

Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizi və ümumilikdə nəqliyyat ekosisteminin dayanıqlığını gücləndirəcək böyük infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirir.

Nazir müavini qeyd edib ki, 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Vaşinqton Bəyannaməsi mühüm mərhələ olub və Zəngəzur dəhlizinin yaradılması istiqamətində vacib addım kimi qiymətləndirilib. Bu sənəd dəhlizin regional nəqliyyat şəbəkələrinin ayrılmaz tərkib hissəsi kimi möhkəmlənməsinə xidmət edib.

Rəhman Hümmətov bildirib ki, Azərbaycan bununla yanaşı Bakı Limanının ikinci mərhələ genişləndirilməsi layihəsini həyata keçirir. Layihə nəticəsində limanın yükdaşıma qabiliyyəti illik 25 milyon ton və 500 min TEU səviyyəsinə çatdırılacaq.

Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında ixtisaslaşmış aviasiya klasteri yaradılır, milli dəmir yolu şəbəkəsi tam elektrikləşdirilərək modernləşdirilir, həmçinin yeni yüksəkötürücülü avtomobil və dəmir yolu xətləri inşa edilir.

Nazir müavini vurğulayıb ki, bu infrastruktur təşəbbüsləri Orta Dəhliz boyunca beynəlxalq və institusional marağın artmasına səbəb olub.

“İslam İnkişaf Bankı Qrupu və digər çoxtərəfli inkişaf institutlarının dayanıqlı əlaqəliliyin və regional inteqrasiyanın dəstəklənməsində rolunu yüksək qiymətləndiririk. Onların təcrübəsi, maliyyələşdirmə alətləri və özəl kapitalın səfərbər edilməsi qabiliyyəti strateji nəqliyyat layihələrinin maliyyələşdirilə bilən və kommersiya baxımından dayanıqlı investisiyalara çevrilməsi üçün mühüm əhəmiyyət daşıyacaq”, – Rəhman Hümmətov əlavə edib.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol