• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici ticarətində beş ayda 7,2 milyard dollarlıq müsbət saldo qeydə alınıb - AMB

Xarici ticarətində beş ayda 7,2 milyard dollarlıq müsbət saldo qeydə alınıb - AMB
24.06.2026 11:55

2026-cı ilin yanvar-mayında Azərbaycanın xarici ticarətində 7,2 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Qurumun qiymətləndirməsinə görə, 2026-cı ilin sonu üzrə cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozun daha da yaxşılaşacağı gözlənilir. Mərkəzi Bank bunu son aylarda qlobal enerji qiymətlərinin yüksəlməsi və qeyri-neft-qaz ixracında müsbət dinamikanın davam etməsi ilə əlaqələndirir.

Mərkəzi Bank bildirib ki, pul siyasəti alətləri maliyyə bazarlarındakı proseslər və bank sistemində likvidlik vəziyyəti nəzərə alınmaqla tətbiq olunur.

Məlumata görə, təminatsız pul bazarında qısamüddətli faiz dərəcələri faiz dəhlizi çərçivəsində və uçot dərəcəsinə yaxın səviyyədə formalaşır. Mart ayının sonundan etibarən AZIR göstəricisinin orta günlük səviyyəsi 6,43-6,44% intervalında olub.

Bank sistemində izafi likvidlik şəraitində Mərkəzi Bank AZIR dərəcəsini uçot dərəcəsinə yaxın saxlamaq məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. May ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində 7 günlük depozit əməliyyatlarının payı 88,7% təşkil edib.

Gülnar Nazimqızı 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol