• $
  • €
  • ₽
  • ₺
  • £

AMB sığorta bazarının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir

AMB sığorta bazarının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir
24.06.2026 14:39

 

Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun növbəti inkişaf mərhələsini əhatə edəcək yeni strateji sənəd hazırlayır. Bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, indiyədək əldə edilən nailiyyətlər əhəmiyyətli olsa da, qarşıdakı dövrdə sektorun daha da təkmilləşdirilməsi üçün geniş hədəflər müəyyən olunub. Hazırda həmin məqsədləri özündə əks etdirən yeni inkişaf strategiyası üzərində iş aparılır.

Əliyar Məmmədyarovun sözlərinə görə, yeni mərhələdə risk əsaslı nəzarət mexanizmlərinin tam tətbiqi, hadisələrə sonradan reaksiya verən modeldən qabaqlayıcı nəzarət sisteminə keçid, xüsusi tənzimləmə rejiminin əhatə dairəsinin artırılması və takaful da daxil olmaqla alternativ sığorta həllərinin bazara inteqrasiyası prioritet istiqamətlər olacaq.

Bununla yanaşı, strategiyada sığorta xidmətlərindən istifadə edən vətəndaşların hüquqlarının daha effektiv qorunması, xidmət keyfiyyətinin yüksəldilməsi və rəqəmsal texnologiyaların tətbiqinin sürətləndirilməsi də əsas yer tutur.

AMB rəsmisi vurğulayıb ki, nəzərdə tutulan tədbirlər risklərin idarə edilməsini təkmilləşdirəcək, yeni məhsulların yaradılmasını təşviq edəcək və bazarın institusional imkanlarının daha səmərəli istifadəsinə şərait yaradacaq.
 

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol