• $
  • €
  • ₽
  • ₺
  • £

AMB KASKO sığortasında yeni yanaşmaların tətbiqini planlaşdırır

AMB KASKO sığortasında yeni yanaşmaların tətbiqini planlaşdırır
24.06.2026 11:40

 

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) bazarının inkişafı üçün yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, son illər ərzində ölkənin sığorta sektorunda əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Bu nəticələrin əldə olunmasında sığorta məhsullarının çeşidinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, əhalinin maliyyə və sığorta biliklərinin inkişaf etdirilməsi, həmçinin Mərkəzi Bankın həyata keçirdiyi islahatlar mühüm rol oynayıb.

Əliyar Məmmədyarov qeyd edib ki, maliyyə sektorunun inkişafına dair üçillik strategiyada sığorta bazarının dayanıqlılığı və inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Hazırda strategiyanın son ili icra olunur və bu müddətdə bir sıra mühüm hədəflərə nail olunub.

Onun sözlərinə görə, sığorta şirkətlərində müasir idarəetmə prinsiplərinin tətbiqinə başlanılıb, korporativ idarəetmə mexanizmləri gücləndirilib, komitələrin səlahiyyətləri artırılıb və idarəetmədə müstəqil üzvlərin təmsilçiliyi genişləndirilib. Eyni zamanda daxili nəzarət və risklərin idarə edilməsi sistemləri formalaşdırılıb.

AMB rəsmisi vurğulayıb ki, həyata keçirilən dəyişikliklər sığorta şirkətlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulmasına şərait yaradıb.

O əlavə edib ki, sığorta xidmətlərinin əlçatanlığının artırılması istiqamətində də mühüm addımlar atılıb. İcbari avtomobil sığortasında tətbiq edilən yeniliklər riskəsaslı modelin inkişafına, sürücülərin məsuliyyətinin artırılmasına və üçüncü şəxslərə dəyən zərərlərin kompensasiyası mexanizmlərinin təkmilləşdirilməsinə töhfə verib.

Əliyar Məmmədyarovun sözlərinə görə, bank və sığorta sektorları arasında inteqrasiya da güclənib. Xüsusilə kredit öhdəlikləri olan şəxslərin sosial müdafiəsinin artırılması məqsədilə həyat sığortası sahəsində yeni alətlər tətbiq olunmağa başlanıb.

O qeyd edib ki, rəqəmsallaşma istiqamətində görülən işlər nəticəsində elektron sığorta xidmətlərinin istifadəsi genişlənib, müqavilələrin rəqəmsal formada bağlanması və xidmətlərdən yararlanma prosesi vətəndaşlar üçün daha operativ və rahat olub.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol