• $
  • €
  • ₽
  • ₺
  • £

PensionsEurope: Çoxsütunlu pensiya modelləri daha dayanıqlı nəticələr verir

PensionsEurope: Çoxsütunlu pensiya modelləri daha dayanıqlı nəticələr verir
24.06.2026 15:52

 

Çoxsütunlu pensiya sistemləri pensiya təminatının müxtəlif məqsədlərinə nail olunması və risklərin balanslaşdırılması baxımından ən səmərəli modellərdən hesab edilir. Bu fikirləri “PensionsEurope” təşkilatının Baş katibi və Baş icraçı direktoru (CEO) Matti Leppala Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda səsləndirib.

Onun sözlərinə görə, hər hansı bir pensiya mexanizmi bütün sosial və iqtisadi məqsədləri eyni anda qarşılamaq imkanına malik deyil. Buna görə də pensiya sistemində müxtəlif alətlərin və yanaşmaların bir arada tətbiqi vacibdir.

Matti Leppala bildirib ki, dövlət pensiya sistemləri əsasən vətəndaşların minimum sosial təminatını qorumağa, yoxsulluq riskini azaltmağa və cəmiyyətdə həmrəyliyi gücləndirməyə xidmət edir. Lakin bu model təkbaşına bütün pensiya məqsədlərini reallaşdıra bilmir.

Onun sözlərinə görə, peşə pensiya proqramları gəlirlərin əvəzlənməsində və uzunmüddətli maliyyə resurslarının formalaşdırılmasında mühüm rol oynayır. Fərdi pensiya mexanizmləri isə insanlara öz maliyyə planlamalarını daha çevik şəkildə qurmağa imkan yaradır.

Leppala qeyd edib ki, Avropada bir çox vətəndaş peşə pensiya sistemlərindən kənarda qaldığı üçün fərdi yığım alətlərinə ehtiyac getdikcə artır.

O vurğulayıb ki, ən uğurlu pensiya sistemləri müxtəlif sütunları birləşdirərək risklərin bir mənbədə cəmləşməsinin qarşısını alır. Bu yanaşma investisiya portfellərində risklərin diversifikasiyası prinsipinə bənzəyir.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol