• $
  • €
  • ₽
  • ₺
  • £

VIG Re: Enerji dəhlizlərinin uğuru risklərin düzgün idarə edilməsindən asılıdır

VIG Re: Enerji dəhlizlərinin uğuru risklərin düzgün idarə edilməsindən asılıdır
24.06.2026 16:27

 

Trans-Xəzər Enerji Dəhlizi və Qara Dəniz Enerji Birləşdiricisi kimi strateji layihələrin uğuru yalnız enerji ötürülməsinin başlaması ilə ölçülməməlidir. Bunu VIG Re-nin Mərkəzi və Şərqi Avropa və Beynəlxalq Bazarlar üzrə Baş Anderrayteri Dmitri Qamankov Azərbaycan Beynəlxalq Sığorta Forumunda səsləndirib.

Onun sözlərinə görə, belə layihələrin davamlılığı investor etimadının formalaşdırılması və risklərin erkən mərhələdə effektiv şəkildə idarə olunmasından birbaşa asılıdır.

Dmitri Qamankov bildirib ki, sığorta və təkrarsığorta sektoru yalnız baş vermiş hadisələrin nəticələrini qiymətləndirməklə kifayətlənməməli, layihələrin planlaşdırılması mərhələsindən etibarən risklərin qarşısının alınmasına yönəlməlidir.

O qeyd edib ki, potensial təhlükələrin mənbələrinin əvvəlcədən müəyyənləşdirilməsi, qeyri-müəyyənliklərin azaldılması və dayanıqlı risk idarəetmə sisteminin yaradılması iri infrastruktur layihələrinin uğurlu icrası üçün vacib şərtlərdəndir.

Qamankovun fikrincə, enerji dəhlizləri yalnız enerji təhlükəsizliyinə xidmət etmir. Bu təşəbbüslər regionlararası inteqrasiyanı gücləndirir, rəqəmsal əlaqələrin inkişafına təkan verir və müxtəlif bazarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir.

O vurğulayıb ki, bazar iştirakçıları sığorta hadisələrindən sonrakı mübahisələr və ödəniş prosesləri ilə məhdudlaşmaq əvəzinə, layihələrin hazırlıq mərhələsində risklərin idarə olunması üzrə həllər təqdim etməlidirlər.

VIG Re rəsmisinin sözlərinə görə, Trans-Xəzər Enerji Dəhlizi və Qara Dəniz Enerji Birləşdiricisi layihələri yalnız elektrik enerjisinin ötürülməsinə başlanıldıqdan sonra deyil, investisiyaların düzgün istiqamətləndirilməsi və layihələrin dayanıqlı maliyyə mexanizmləri ilə təmin olunması halında həqiqi uğur qazanmış hesab edilə bilər.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol