• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir
25.06.2026 10:22

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Toxumçuluq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Azərbaycanda dayanıqlı olmayan kənd təsərrüfatı üsullarının tətbiqi nəticəsində resurs ehtiyatlarının sıradan çıxması, habelə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri fonunda artan əhalinin ərzaqla təmin edilməsi mühüm vəzifə kimi qarşıda durur. Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının istehsalı xüsusi yer tutur ki, bunun üçün də fermerlərin keyfiyyətli toxumla təminatı həlledici əhəmiyyət daşıyır. Toxum istehsalının inkişaf etdirilməsi istehsal xərclərini azaldır, bitkiçilik məhsullarının iqtisadi səmərəliliyini və əlçatanlığını artırır, idxala sərf olunan vəsaitin ölkədə qalmasına imkan verir.

Qanun layihəsi müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

Layihəyə toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar isə mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanun layihəsində toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Layihədə nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyini təmin etmək baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Qanun layihəsi həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiya və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Keyfiyyət və beynəlxalq uyğunluq baxımından kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılaraq artırılma mərhələsindən asılı olaraq orijinal, elit və sertifikatlı toxum (C1, C2 və birinci nəslin hibrid toxumları) kimi müəyyən edilir, sertifikatlaşdırılmış toxumların etiketində toxuma aid tam və detallı məlumatların əks olunması tələbi isə toxum marketinqi sahəsinin inkişafına təkan verir. Eyni zamanda hüquqi və fiziki şəxslərə yalnız öz əkinlərində təsərrüfat sınağı məqsədilə Dövlət Reyestrinə daxil edilməmiş bitki sortlarının toxumlarını idxal etmək imkanı verilməsi yeni sortların təsərrüfat şəraitində sınaqdan keçirilməsi və yararlılığının qiymətləndirilməsi üçün əlavə şərait yaradır.

Qanun layihəsi toxumçuluq sektorunda köklü islahat hesab edilməklə aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir edəcək. Layihənin qəbulu ilə gözlənilən əsas müsbət nəticələr aşağıdakılardır:

- özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafı üçün rəqabət mühitinin formalaşması;

- istehsal edilən toxumların keyfiyyət göstəricilərinin yüksəlməsi, vahid toxum sisteminin formalaşması və tənzimləmə-nəzarət tədbirlərinin asanlaşdırılması;

- toxum marketinqi sahəsinin inkişafı;

- yerli toxumçuluğun inkişaf etdirilməsi və idxal olunan toxumlara sərf olunan maliyyə vəsaitinin ölkədə qalması;

- keyfiyyətli sertifikatlı toxumdan istifadə hesabına məhsuldarlığın artırılması;

- əlverişli biznes mühiti hesabına sahəyə özəl investisiyanın cəlb edilməsi və toxum ixracının təşkili üçün münbit şəraitin yaradılması

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol