• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır

Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
25.06.2026 13:10

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanması üzrə məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb.

Bunu Türkiyə Sığorta Birliyinin sədri Əhməd Yaşar Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Qarabağ və digər azad edilmiş ərazilərdə həyata keçirilən layihələr üzrə sığorta xidmətlərindən geniş şəkildə istifadə olunur, lakin bu sahə ilə bağlı dəqiq statistik məlumatlar hələ formalaşdırılmayıb.

“Hazırda əlimdə bu məsələyə dair konkret rəqəmlər yoxdur. Lakin burada fəaliyyət göstərən iri tikinti şirkətlərinin nümayəndələri ilə görüşlərimiz olub. Qarabağda çoxsaylı türk tikinti şirkətləri müxtəlif layihələr həyata keçirir. Bu layihələrin sığortalanması əsasən Azərbaycanda həyata keçirilsə də, Türkiyə sığorta şirkətləri də prosesə dəstək verirlər”, –  o qeyd edib.

Yaşar vurğulayıb ki, həyata keçirilən layihələrin risk həcmi və tələb olunan sığorta tutumu yalnız yerli və ya Türkiyə sığorta bazarlarının imkanları ilə tam qarşılanmır. Bu səbəbdən beynəlxalq təkrarsığorta bazarlarının imkanlarından da istifadə edilir.

Türkiyə Sığorta Birliyinin sədri əlavə edib ki, Türk Dünyası Sığorta Birliyi çərçivəsində hesabatlılıq sisteminin qurulması və vahid məlumat bazasının formalaşdırılması vacibdir.

“Bunun üçün müvafiq məlumatların toplanması istiqamətində işlərə başlamışıq”, – Əhməd Yaşar bildirib.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol