• $
  • €
  • ₽
  • ₺
  • £

Brent nefti ilin sonunadək 70 dollara enəcək

Brent nefti ilin sonunadək 70 dollara enəcək
30.06.2026 10:44

Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilin dördüncü rübünədək Brent markalı neftin qiymətinin davamlı şəkildə bir barel üçün 70 ABŞ dollarına enəcəyini proqnozlaşdırır.

bu barədə reytinq agentliyi  xəbər verir. Agentlik bildirib ki, ABŞ-İran müharibəsi və bunun nəticəsində yaranan neft tədarükü şoku qlobal kredit mühitini pisləşdirsə də, bu, qlobal kredit bazarı üzrə əsas gözləntiləri köklü şəkildə dəyişməyib.

Hesabata görə, ötən ilin sonundakı ilkin qiymətləndirmə ilə müqayisədə 2026-cı il üzrə "pisləşən" qiymətləndirilən sektor və aktivlərin sayı əhəmiyyətli dərəcədə artıb. Fitch qiymətləndirdiyi sektorların təxminən üçdə biri üzrə əməliyyat və biznes şəraitinin, strukturlaşdırılmış maliyyə sektorlarında isə aktiv göstəricilərinin 2025-ci illə müqayisədə zəifləyəcəyini gözləyir.

Agentlik qeyd edib ki, makro-kredit risklərinin artması bəzi reytinqlərin aşağı salınmasına və müəyyən sektorlar üzrə mənfi proqnozların çoxalmasına səbəb olsa da, reytinqlərin böyük əksəriyyəti hələ də "Sabit" proqnozla qiymətləndirilir.

Fitch-in qiymətləndirməsinə görə, Hörmüz boğazının təxminən dörd ay faktiki bağlı qalması ciddi təsir yaratsa da, neft bazarındakı şokun müvəqqəti xarakter daşıması səbəbindən ilin sonuna doğru qiymətlər aşağı düşəcək.

Hesabatda həmçinin vurğulanır ki, süni intellektə yönələn investisiya bumu, xüsusilə Asiyanın texnologiya ixracatçıları üçün qlobal ticarəti dəstəkləyib. ABŞ-da kapital qoyuluşlarının artımı və süni intellektlə bağlı investor optimizmi də əmək bazarındakı yumşalmaya baxmayaraq iqtisadi fəallığı dəstəkləyən amillərdən biri olub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol