• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlarda nə qədər taxıl biçilib?

Rayonlarda nə qədər taxıl biçilib?
30.06.2026 14:32

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyunun 30-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 48,7 faizində biçin başa çatıb.

Mövsüm ərzində 462 153 hektar sahədə biçin aparılıb, bu sahələrdən 1 618 893 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 122 078 hektar buğda, 340 074 hektar arpa sahəsi biçilib. Bu sahələrdən  485 844 ton buğda, 1 133 049 ton arpa yığılıb. Buğda sahələrinin 26,6 faizində, arpa sahələrinin isə 69,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,8 sent/ha, arpa üzrə isə 33,3 sent/ha təşkil edir.

Artıq Ucar rayonunda biçin tam yekunlaşıb, Masallı, Yevlax, Neftçala, Kürdəmir, Göyçay, Biləsuvar, Bərdə, Ağdaş rayonlarında taxıl biçininin həcmi 90 faizi keçib. 

Hazırda biçin prosesində 1 585 kombayn iştirak edir. Bunlardan 594 kombayn “Aqroservis” ASC-nin, 991 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (131 kombayn), Cəlilabad (125 kombayn), Ağsu (102 kombayn), Goranboy (60 kombayn), Sabirabad (58 kombayn), Biləsuvar (57 kombayn), Kürdəmir (56 kombayn), Hacıqabul (55 kombayn), Saatlı (49 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol