• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda muzdla çalışanların sayı 1,2% artaraq 1,79 milyona çatıb

Azərbaycanda muzdla çalışanların sayı 1,2% artaraq 1,79 milyona çatıb
14.07.2026 15:04

Bu il iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1 milyon 790,6 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışanların 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət sektorunda çalışanların sayı illik müqayisədə 1,5% azaldığı halda, qeyri-dövlət sektorunda məşğulluq 3,85% artıb.

Məlumata əsasən, muzdla çalışanların 18,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,1%-i təhsil, 13,8%-i sənaye, 8,6%-i səhiyyə və sosial xidmətlər, 6,6%-i tikinti, 6,1%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələrində çalışıb.

Bundan başqa, işçilərin 4,4%-i nəqliyyat və anbar təsərrüfatında, 4%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,4%-i maliyyə və sığorta sektorunda, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, qalan 15,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol