• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bank dələduzluqlarının 90%-i telefon zəngləri ilə bağlıdır — AMB

Azərbaycanda bank dələduzluqlarının 90%-i telefon zəngləri ilə bağlıdır — AMB
15.07.2026 11:04

Azərbaycanda bank dələduzluqlarının 90%-i telefon zəngləri ilə bağlıdır — AMB

Azərbaycanda bank sektorunda qeydə alınan dələduzluq hallarının 90%-i vətəndaşlara edilən telefon zəngləri ilə bağlıdır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov bildirib.

Onun sözlərinə görə, dələduzluq hallarının artması maliyyə sektorunun qarşısında duran əsas problemlərdən biridir və bu məsələ bütövlükdə rəqəmsal ekosistemin birgə məsuliyyətini tələb edir.

Xəlilov bildirib ki, Azərbaycanda rəqəmsallaşma ilk olaraq bank sektorunda başlayıb. 2018-ci ildə bank xidmətlərinin rəqəmsallaşma səviyyəsi 26% olduğu halda, hazırda bu göstərici 86%-ə çatıb.

Onun sözlərinə görə, son araşdırmalara əsasən, bank əməkdaşlarının 30%-dək hissəsi rəqəmsallaşma ilə bağlı sahələrdə çalışır.

Xəlilov qeyd edib ki, Mərkəzi Bank birbaşa vətəndaşlara çoxsaylı xidmətlər təqdim etməsə də, özəl sektor üçün məhsul və sistemlərin yaradılması üzərində işləyir.

O əlavə edib ki, kibertəhlükəsizlik sahəsində ciddi müsbət nəticələr əldə olunub.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol