• $
  • €
  • ₽
  • ₺
  • £

Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi

Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi
17.07.2026 12:38

Bank Respublika Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən“Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı” adına layiq görülüb

Qaliblərin adları Londonda keçirilən təntənəli Euromoney Awards for Excellence 2026 mükafatlandırma mərasimində elan edilib. Artıq 30 ildən çoxdur təqdim olunan bu mükafat bankçılıq sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və hər il yüksək nəticələr nümayiş etdirən, innovativ yanaşması və yüksək müştəri xidməti ilə seçilən dayanıqlı maliyyə institutlarını qiymətləndirir.

 

Bu nüfuzlu mükafatın Bank Respublikaya təqdim olunması Bankın mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, biznesin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, müasir bank həllərinin tətbiqi və ölkənin real sektorunun davamlı inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

 

“Euromoney” ekspertləri Bankın fəaliyyətini qiymətləndirərkən kiçik və orta biznes seqmentində əldə etdiyi dayanıqlı nəticələri, sahibkarlar üçün məhsul və xidmət portfelinin davamlı genişləndirilməsini, rəqəmsal bankçılıq həllərinin inkişafını, biznes proseslərinin təkmilləşdirilməsini, eləcə də Bankın Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafına verdiyi əhəmiyyətli töhfəni xüsusi qeyd ediblər.

 

“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bununla bağlı bildirib: “Nüfuzlu “Euromoney” nəşri tərəfindən mükafata layiq görülməyimiz sahibkarlığın dəstəklənməsi və müasir bank həllərinin inkişafı istiqamətində həyata keçirdiyimiz ardıcıl fəaliyyətə verilən yüksək qiymətdir. Bu mükafat bizim üçün təkcə əldə etdiyimiz nəticələrin beynəlxalq səviyyədə tanınması deyil, həm də inkişaf strategiyamızın dünyanın ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərindən biri tərəfindən yüksək qiymətləndirilməsidir.Bizə göstərilən etimada görə müştərilərimizə və tərəfdaşlarımıza, həmçinin peşəkarlığı, fədakarlığı və gündəlik əməyi ilə bu uğura töhfə verən Bank Respublika rəhbərliyinə və əməkdaşlarına səmimi təşəkkürümüzü bildiririk. Məhz birgə səylərimiz sayəsində bu nüfuzlu beynəlxalq mükafata layiq görülmüşük.”

 

Qeyd edək ki, Euromoney beynəlxalq maliyyə nəşri 1969-cu ildən fəaliyyət göstərir və dünya bankçılıq və maliyyə sektorunun ən nüfuzlu informasiya mənbələrindən biri hesab olunur. Awards for Excellence mükafatı isə hər il 100-dən çox ölkədə fəaliyyət göstərən bank və maliyyə institutlarının maliyyə nəticələri, innovasiyalar, rəqəmsal transformasiya, müştəri xidmətlərinin keyfiyyəti, biznes modelinin səmərəliliyi və strateji inkişafı kimi meyarlar əsasında həyata keçirilən hərtərəfli qiymətləndirmənin nəticələrinə uyğun olaraq təqdim edilir. Bu mükafat dünya bankçılıq sənayesində ən nüfuzlu beynəlxalq tanınma göstəricilərindən biri hesab olunur.

 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:? Facebook|? Instagram|? LinkedIn      |?Telegram
? Çağrı Mərkəzi: 144 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol