• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb

"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
17.07.2026 14:44

Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı "Azərenerji" ASC 2025-ci ili 128,2 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 26,2% azdır.


Şirkətin maliyyə hesabatına görə, elektrik enerjisinin satışından gəlirlər 7,8% artaraq 1,56 milyard manata çatıb. Digər gəlirlər isə 64,1 milyon manat olub.


Yığılmış zərər il ərzində 6% azalaraq 1,71 milyard manata enib.


Hesabat dövründə köhnəlmə və amortizasiya xərcləri 12,9%, işçi heyəti ilə bağlı xərclər 8,3%, təmir və texniki xidmət xərcləri isə 27,8% artıb. Xarici valyuta məzənnə fərqlərindən yaranan zərər 45,2% artaraq 98,3 milyon manata yüksəlib.


2026-cı il yanvarın 1-nə şirkətin aktivləri illik müqayisədə 8,8% artaraq 6,43 milyard manata, öhdəlikləri 9,8% artaraq 3,1 milyard manata, kapitalı isə 7,8% artaraq 3,33 milyard manata çatıb.
1997-ci ildə yaradılan və tam dövlətə məxsus olan "Azərenerji" Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı və ixracatçısıdır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol