• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondunun büdcə layihəsi prezidentə təqdim olundu

Neft Fondunun büdcə layihəsi prezidentə təqdim olundu
29.11.2013 16:41
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.Fonddan «APA-Economics»ə verilən məlumata, Azərbaycanın baş naziri, Fondun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda ARDNF-in 2014-cü il üçün büdcə layihəsi müzakirə olunub. İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2014-cü il üçün büdcə layihəsinə, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-in icraçı direktoru tərəfindən təqdim edilən məlumatlara baxılaraq, Fondun 2014-cü il büdcəsinin gəlirlərinin  11 626 943,4 min manat, xərclərinin 11 349 934,8 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin  58 140,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq Fondun 2014-cü il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol