• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb

Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb
27.07.2026 15:17

Bu günə qədər Azərbaycanda payızlıq taxıl sahələrinin 92 %-də biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargah məlumat yayıb.

Mövsüm ərzində 883 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 038 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 404 326 hektar buğda, 479 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 491 990 ton buğda, 1 546 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 %-də, arpa sahələrinin isə 95,6 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir.

Artıq 20 rayonda - Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlaxda biçin tam yekunlaşıb, respublikanın 22 rayonunda - Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol