• $
  • €
  • ₽
  • ₺
  • £

AMB banklarda müstəqil müştəri şikayətləri bölməsinin yaradılmasını məcburi edib

AMB banklarda müstəqil müştəri şikayətləri bölməsinin yaradılmasını məcburi edib
01.08.2026 10:42

Azərbaycanda fəaliyyət göstərən bütün banklar müştərilərin müraciət və şikayətlərinə baxılması üçün müstəqil şikayətlərə baxılması funksiyası yaratmalı olacaqlar.

Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin "Banklarda korporativ idarəetmə Standartları"na etdiyi dəyişikliklərdə əksini tapıb.

Yeni tələblərə əsasən, banklarda müştərilərin hüquqlarının müdafiəsi, şikayətlərin qəbulu, araşdırılması və idarə olunması üçün əməliyyat bölmələrindən müstəqil struktur bölmə və ya məsul şəxs fəaliyyət göstərəcək. Bu funksiya bankın əməliyyat həcmi və müştəri bazasına uyğun formalaşdırılacaq.

Dəyişikliklərə əsasən, şikayətlərə baxılması funksiyası müştərilərdən daxil olan müraciətləri araşdıracaq, qanunvericiliyə uyğun cavab verəcək, şikayətlərin reyestrini aparacaq, statistik məlumatları ümumiləşdirəcək və fəaliyyətinə dair ən azı rübdə bir dəfə Müşahidə Şurasına və İdarə Heyətinə hesabat təqdim edəcək.

Qərara görə, bu struktur həmçinin Mərkəzi Bankdan daxil olan müştəri müraciətlərinin araşdırılmasını təşkil edəcək, müştərilərin maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdə iştirak edəcək və etik davranış normalarının pozulmasının aradan qaldırılması ilə bağlı rəhbərliyə təkliflər verəcək.

Yeni standartlara əsasən, banklarda etik davranış qaydaları da sərtləşdirilib. Banklar reputasiya riskinə səbəb ola biləcək ictimai bəyanatların və vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq, maraqlar toqquşmasını aradan qaldırmaq, maliyyə bazarlarında vicdanlılıq və şəffaflıq prinsiplərinə əməl etmək, müştərilərə ədalətli münasibət göstərmək və onların ehtiyaclarına uyğun məhsullar təklif etmək öhdəliyi daşıyacaqlar.

Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə baş komplayens inzibatçısı, belə vəzifə olmadıqda isə baş risk inzibatçısı nəzarət edəcək. Banklar bu funksiyanın müstəqil fəaliyyət göstərməsi üçün kifayət qədər insan resursu, informasiya texnologiyaları və digər zəruri imkanlarla təmin olunmasını həyata keçirməlidirlər.

Bundan əlavə, şikayətlərə baxılması funksiyasının fəaliyyəti ən azı ildə bir dəfə daxili audit xidməti tərəfindən yoxlanılacaq və nəticələr Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinə təqdim ediləcək.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol