• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda Azərbaycan və Türkiyə energetika nazirləri Yaşıl Enerji Dəhlizləri layihələrini müzakirə edib

İstanbulda Azərbaycan və Türkiyə energetika nazirləri Yaşıl Enerji Dəhlizləri layihələrini müzakirə edib
01.08.2026 22:00

İstanbul şəhərində Azərbaycan ilə Türkiyə arasında “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə energetika naziri Pərviz Şahbazovla bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş keçirilib. 

Görüşdə iki ölkə arasında strateji enerji tərəfdaşlığının bütün istiqamətlər üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının siyasi iradəsi və dəstəyinin Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm layihələrə bənzər layihələrin elektrik enerjisi sahəsində də reallaşmasında həlledici rol oynadığı vurğulanıb.  

Azərbaycan (Naxçıvan)-Türkiyə enerji interkonnektoru üzrə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) tərəfindən aparılan araşdırmaların nəticələri nəzərdən keçirilib. Naxçıvandan Türkiyəyə ilkin mərhələdə 1 QVt həcmində elektrik enerjisi ötürülməsinin perspektivli olduğu bildirilib. Layihənin gələcəkdə yalnız Azərbaycandakı mənbələrdən deyil, Mərkəzi Asiyadan da Türkiyəyə elektrik enerjisinin nəqlinə imkan yaradacağı qeyd edilib. Azərbaycan və Türkiyədən olan investorların layihədə iştirakı perspektivləri dəyərləndirilib.

Həmçinin “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi” üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, texniki-iqtisadi əsaslandırma, Birgə Müəssisənin yaradılması kimi məsələlər müzakirə edilib. Layihənin icrasının sürətləndirilməsi razılaşdırılıb. Bundan başqa, “Xəzər - Qara Dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin səmərəli olması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın nəticələri barədə məlumat verilib və layihə üzrə Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

Söhbət zamanı Türkiyənin COP31-ə ev sahibliyi, “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclası çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol