• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın həyat sığortası bazarında ödənişlər ilk yarıda haqlardan daha sürətlə artıb

Azərbaycanın həyat sığortası bazarında ödənişlər ilk yarıda haqlardan daha sürətlə artıb
01.08.2026 15:17

Azərbaycanın həyat sığortası bazarında 2026-cı ilin yanvar-iyun aylarında yığılan sığorta haqları illik müqayisədə 8,8% artaraq 516,448 milyon manata çatıb, ödənişlər isə daha sürətli – 32,6% artaraq 402,048 milyon manat olub.


Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə həyat sığortası üzrə toplanan hər 100 manat sığorta haqqının 77,8 manatı müştərilərə ödənilib. Bu göstərici ötən ilin eyni dövründə 63,9 manat təşkil etmişdi.


Artan ödənişlər nəticəsində həyat sığortası bazarında ödəniş əmsalı əhəmiyyətli dərəcədə yüksəlib ki, bu da sığortaçıların üzərinə düşən öhdəliklərin artdığını göstərir.


Ümumilikdə isə Azərbaycanın 16 sığorta şirkəti bu ilin ilk altı ayında 867,396 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.


Sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 27,2% artaraq 549,682 milyon manata çatıb.
Nəticədə, ümumi sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 63,4 manatı ödənişlərə yönəlib. Bir il əvvəl bu göstərici 52,9 manat idi. Bu dinamika ödənişlərin bazarın böyümə tempini üstələdiyini göstərir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol