• $
  • €
  • ₽
  • ₺
  • £

Nazim Şükürov Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri təyin edilib

Nazim Şükürov Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri təyin edilib
03.08.2026 10:26

İqtisadçı-alim, hüquqşünas və iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun müşaviri təyin edilib. Bu barədə AQC məlumat yayıb.

Nazim Şükürov dövlət idarəçiliyi, maliyyə, vergi siyasəti, audit, hüquq, investisiya və strateji idarəetmə sahələrində 40 ildən artıq peşəkar təcrübəyə malikdir.

O, müxtəlif illərdə Vergilər Nazirliyində Vergidənyayınmaya Nəzarət İdarəsinin rəisi, İqtisadi Təhlil Baş İdarəsinin rəis müavini və digər rəhbər vəzifələrdə çalışıb. Sonrakı dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkına rəhbərlik edib, 2022–2024-cü illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində fəaliyyət göstərib.

Hazırda Nazim Şükürov "Audit Azərbaycan" hüquq və konsaltinq şirkətinin baş direktorudur. O, həmçinin 2024–2025-ci illərdə Dünya Bankı Qrupunun Business Ready (B-READY 2025) proqramında ekspert kimi iştirak edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol