• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl cüzi bahalaşıb

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl cüzi bahalaşıb
19.08.2026 09:17

Qlobal bazarlarda qızılın qiyməti çərşənbə günü, avqustun 19-da ABŞ dövlət istiqrazlarının (US Treasuries) gəlirliliyinin qlobal borc bazarındakı satış dalğasından sonra geriləməsi nəticəsində cüzi artıb.

"Reuters" agentliyinin məlumatına görə, ötən sessiyada təxminən 2% ucuzlaşan qızılın spot qiyməti 0,2% yüksələrək bir troya unsiyası üçün 4 342,33 ABŞ dolları təşkil edib. Eyni zamanda gümüşün qiyməti 0,5% azalaraq bir unsiya üçün 62,99 dollara enib (Qrinviç vaxtı ilə saat 02:40 radələrində gümüş təxminən 63,01 dollardan satılıb).

ABŞ xəzinə istiqrazlarının gəlirliliyinin enməsi faiz gəliri gətirməyən qızıla müəyyən dəstək verib. Bazar iştirakçılarının əsas diqqəti günün ikinci yarısında dərc olunacaq ABŞ Federal Ehtiyat Sisteminin (FRS) son iclasının protokollarına yönəlib. Hazırda maliyyə bazarları sentyabrda FRS-in uçot dərəcəsini sabit saxlaması ehtimalını 65%, artırması ehtimalını isə 35% səviyyəsində qiymətləndirir.

N.Təbrizli

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol