• $
  • €
  • ₽
  • ₺
  • £

Tankerlərin qiyməti 2008-ci ildən bəri rekord həddə çatıb — "Financial Times"

Tankerlərin qiyməti 2008-ci ildən bəri rekord həddə çatıb — "Financial Times"
20.08.2026 15:44

Fars körfəzindən xam neft daşımalarına artan tələbat və dəniz nəqliyyatına qarşı davam edən hücumlar fonunda neft tankerlərinin dəyəri kəskin artaraq 2008-ci ildən bəri ən yüksək həddə çatıb. Bu barədə "Financial Times" gəmi brokeri "Braemar"ın məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, ən iri sinif neft tankerlərinin (həm yeni, həm də istifadədə olmuş müasir gəmilərin) bazar dəyəri son rübdə 130 milyon dolları ötüb, supertankerlərin illik icarə haqqı isə tarixi pik həddə yüksəlib. Əsas tələbat Yaxın Şərq hasilatçılarının ixrac üzərində birbaşa nəzarəti qorumaq üçün şəxsi donanmalar qurmaq cəhdlərindən qaynaqlanır.

ABŞ və İran arasında Hörmüz boğazının açılması üzrə sülh danışıqlarının çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda, BƏƏ-nin "ADNOC" və Küveytin "KPC" şirkətləri neftin boğazdan kənarda gözləyən digər gəmilərə ötürülməsini nəzərdə tutan servis reysləri təşkil edib. "ADNOC" avqustda bu məqsədlə 1,3 milyard dollara 6 supertanker və 5 iritutumlu qazdaşıyan gəmi alıb. Analitik "Vortexa" şirkətinin məlumatına görə, boğazdan keçən bütün reyslərin yarıdan çoxunu cəmi 29 tanker həyata keçirir. "Clarksons" agentliyi isə bildirir ki, yüksək risk səbəbindən Hörmüz boğazından Çinə həyata keçirilən reyslərin gündəlik gəliri 550 min dolları keçib.

N.Təbrizli

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol