• $
  • €
  • ₽
  • ₺
  • £

Fatmayıda bağ evlərindən antik əşyalar oğurlayan şəxslərə hökm oxundu

Fatmayıda bağ evlərindən antik əşyalar oğurlayan şəxslərə hökm oxundu
21.08.2026 11:07

Bakının Binəqədi rayonu Fatmayı bağlar massivində yerləşən fərdi yaşayış evlərindən antik əşyalar və məişət texnikası oğurlamaqda təqsirləndirilən Fuad Babayev və Samir Müseyibovun (ad və soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb. Bu barədə "Qafqazinfo" xəbər verir. 

Məhkəmə materiallarına əsasən, hər iki şəxs Fatmayıda iki bağ evinə qanunsuz daxil olaraq ümumi dəyəri minlərlə manat təşkil edən qədim samovar, elektronika və digər qiymətli əşyaları oğurlayıb, daha sonra onları paytaxtın mərkəzindəki antikvar mağazalarına və təkrar bazar satıcılarına satıblar. Zərərçəkənlərdən biri evə bir il getmədiyini, sonradan 4 min manatlıq qədim samovarının və qiymətli əşyalarının oğurlandığını aşkar etdiyini bildirib. 

Məhkəmə prosesində təqsirləndirilən 33 yaşlı Samirin Vətən müharibəsi iştirakçısı və medallı qazi olduğu, ilk dəfə cinayət törətdiyi, Fuadın isə əvvəllər də məhkumluq həyatı yaşadığı nəzərə alınıb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə F.Babayev 2 il müddətinə azadlıqdan məhrumetmə, S.Müseyibov isə elektron qolbaq tətbiq edilməklə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol