• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatına 3,6 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb

Azərbaycan iqtisadiyyatına 3,6 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb
15.09.2026 11:22

2026-cı ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına 3,6 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb. Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə Azərbaycana birbaşa xarici investisiya yatıran əsas ölkələr Böyük Britaniya, Türkiyə, Kipr, Rusiya və İran olub.

Nəsirov qeyd edib ki, ölkəyə yatırılan 3,6 milyard dollarlıq birbaşa xarici investisiyanın qarşılığında Azərbaycandan 3,8 milyard dollarlıq birbaşa xarici investisiya repatriasiyası həyata keçirilib.

“Bu repatriasiya əsasən xam neft və təbii qaz şəklində ölkədən repatriasiya olunur”, - deyə o bildirib.

Mərkəzi Bank rəsmisi əlavə edib ki, birbaşa xarici investisiyalar üzrə xaricə yatırılan vəsaitlər növbəti dövrlərdə ölkəyə ilkin gəlirlər balansı çərçivəsində faiz gəlirləri gətirən əsas maddələrdən biri olacaq.

Portfel investisiyaları üzrə öhdəliklər 2 milyard dollara yaxın azalıb

Nəsirov bildirib ki, kapital və maliyyənin hərəkəti balansında portfel investisiyaları üzrə öhdəliklər də əhəmiyyətli dərəcədə azalıb.

Onun sözlərinə görə, hesabat dövründə portfel investisiyaları üzrə öhdəliklər təxminən 2 milyard dollar azalıb.

“Birinci rübdə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya olunmuş avrobondların geri alışı həyata keçirilib. Bu, ölkənin öhdəliklərdən azad olunmasını göstərir və kifayət qədər böyük öhdəliyin yerinə yetirilməsi nəticəsində portfel investisiyaları üzrə kəsir formalaşıb”, - deyə Samir Nəsirov qeyd edib.

O əlavə edib ki, digər investisiyalar maddəsi üzrə aktivlər təxminən 717 milyon dollar azalıb, öhdəliklər isə 2,4 milyard dollar artıb.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol