• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kritik mineralların emalı üzrə regional inteqrasiya üzərində işləyir

Azərbaycan kritik mineralların emalı üzrə regional inteqrasiya üzərində işləyir
25.09.2026 12:16

Azərbaycan region ölkələri ilə kritik faydalı qazıntıların emalı, enerji təhlükəsizliyi və yük məlumatlarının rəqəmsallaşdırılması sahələrində inteqrasiyanın gücləndirilməsi üzərində işləyir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İmvestiya Forumunda bildirib.

Onun sözlərinə görə, tərəflər sərhədlərarası yük axınlarının rəqəmsallaşdırılmasından karqo məlumatlarının emalına, enerji təhlükəsizliyindən kritik faydalı qazıntıların emalınadək strateji sahələrdə prosesləri uyğunlaşdırmağa çalışırlar.

Cabbarov bildirib ki, regional əməkdaşlıq yalnız malların daşınması və tranzitlə məhdudlaşmamalı, birgə istehsal və emalın, regional habların və maliyyə mərkəzlərinin yaradılmasını da əhatə etməlidir.

Nazirin sözlərinə görə, ixracyönümlü inkişaf Azərbaycanın 2030-cu ilədək Milli İnkişaf Strategiyasının əsas istiqamətlərindən biridir.

Bu məqsədlə uzunmüddətli maliyyələşməyə çıxışın genişləndirilməsi, kapital bazarlarının inkişafı və maliyyə sektorunun fəallaşdırılması nəzərdə tutulur.

O həmçinin iqtisadi məhsuldarlığın və dövlət xidmətlərinin keyfiyyətinin artırılması üçün insan kapitalına, rəqəmsallaşmaya və süni intellekt imkanlarına investisiyaların artırılmasının vacibliyini qeyd edib.


Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol