• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya səfiri: Azərbaycanla strateji gündəlik ikitərəfli əlaqələr üçün yeni çərçivə yaradır

Almaniya səfiri: Azərbaycanla strateji gündəlik ikitərəfli əlaqələr üçün yeni çərçivə yaradır
06.10.2026 12:57

 

Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayında Almaniyaya səfəri çərçivəsində imzalanmış strateji gündəlik iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni siyasi çərçivə yaradır.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

Səfir bildirib ki, Prezident İlham Əliyevin iyulun 20-21-də Berlində səfəri zamanı Federal Kanslerlə birlikdə strateji gündəlik imzalanıb. Onun sözlərinə görə, bu gündəlik təkcə bağlantı və enerji sahələrini deyil, müxtəlif digər sektorları, o cümlədən ilk dəfə müdafiə sənayesini də əhatə edir.

Dirk Lölke qeyd edib ki, hazırda strateji gündəliyin hər iki hökumət tərəfindən inkişaf etdirilməsi nəzərdə tutulur. Tərəflər özləri üçün prioritet olan mövzuları müəyyənləşdirərək qarşılıqlı müzakirələr aparacaq və əməkdaşlıq istiqamətlərini formalaşdıracaqlar.

Diplomatın sözlərinə görə, iqtisadi əlaqələrin inkişafı üçün əlverişli siyasi çərçivənin mövcudluğu mühüm əhəmiyyət daşıyır.

O, Azərbaycanın yerləşdiyi regionun bağlantı baxımından əhəmiyyətini vurğulamaqla yanaşı, regionda müəyyən risklərin də mövcud olduğunu bildirib. Səfir Ermənistanla sülh prosesinin davam etdirilməsinin regional sabitlik baxımından vacib olduğunu qeyd edib.

Dirk Lölke gələcək illərdə Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrlə yanaşı, təhsil və səhiyyə kimi digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Aytac

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol