• $
  • €
  • ₽
  • ₺
  • £

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
16.10.2026 18:07

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib.

Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsində Qarabağ Universitetinin Enactus komandası tərəfindən hazırlanmış CrownPod layihəsinin bir hissəsi kimi həyata keçirilib. Layihə ekoloji dayanıqlılığın təşviqi ilə yanaşı, gənclərin innovativ düşüncə tərzinin və sosial sahibkarlıq bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyir.

Ağacəkmə aksiyasında PAŞA Bank-ın əməkdaşları, RİİB-in könüllüləri və Qarabağ Universitetinin Enactus komandasının üzvləri iştirak edib. Universitet, özəl sektor və vətəndaş cəmiyyəti arasında uğurlu əməkdaşlıq nümunəsi olan bu təşəbbüs Qarabağda yaşıllıq sahələrinin genişləndirilməsinə, ekoloji mühitin bərpasına və gənclərin innovativ ideyalarının praktikada tətbiqinə xidmət edir.

Enactus proqramı universitet tələbələrini sahibkarlıq təfəkkürünü inkişaf etdirməyə, sosial və ekoloji problemlərə innovativ həllər yaratmağa təşviq edən qlobal platformadır. Proqram çərçivəsində tələbələr biznes yanaşmalarını praktik səviyyədə tətbiq etməklə cəmiyyət və ətraf mühit üçün faydalı məhsul və həllər hazırlayırlar.

Yaşıllaşdırma təşəbbüslərinin dəstəklənməsi PAŞA Bank-ın BMT-nin Qlobal Sazişinin (UN Global Compact) iştirakçısı kimi dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Bu kimi təşəbbüslər ölkənin yaşıl transformasiya hədəflərinə töhfə verməklə yanaşı, gələcək nəsillərə daha sağlam və dayanıqlı ekosistemin formalaşmasına xidmət edir.

Qeyd edək ki, PAŞA Bank-ın 2024-2026-cı illər üzrə Korporativ Sosial Məsuliyyət Strategiyasında iqlim dəyişikliyinin təsirlərinin azaldılması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bank müxtəlif ağacəkmə və təbiətin bərpası təşəbbüslərini dəstəkləməklə yanaşı, yaşıl maliyyələşdirmə mexanizmlərini və həllərini davamlı olaraq genişləndirir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol