Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 2026-cı ilin ilk doqquz ayında 9 milyard ABŞ dollarını ötüb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına yaxın olub. Bu il isə daha yüksək göstəricinin əldə olunacağı gözlənilir.
Cabbarovun sözlərinə görə, hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.
O, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.






Son xəbərlər 


















