• $
  • €
  • ₽
  • ₺
  • £

SAZZ brendi sərgidə nümayiş olunacaq

SAZZ brendi sərgidə nümayiş olunacaq
28.11.2014 14:57
Bu il ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri - Bakutel Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı öz yubileyini qeyd edir. “Bakı Ekspo Mərkəzində” keçiriləcək bu ilki sərgiyə yerli şirkət və təşkilatlardan əlavə dünyanın 30 ölkəsindən 250 şirkət öz pavilyonları ilə çıxış edəcəklər. Azərbaycanda dördüncü nəsil genişzolaqlı simsiz İnternet xidmətinin provayderi olan SAZZ brendi altında fəaliyyət göstərən AzQtel şirkəti sərgidə TDD LTE texnologiyasının imkanlarını nümayiş etdirəcək. Məlumatın 100 mb/s qədər sürətlə ötürülməsinə malik olan TDD LTE ən perspektivli simsiz texnologiyalarından biridir. Bakutel sərgisinin ziyarətçiləri TDD LTE texnologiyasının xüsusiyyətləri və üstünlükləri ilə SAZZ stendində tanış ola biləcəklər.Bundan başqa Bakutel 2013 sərgisində təqdim olunan və bir sıra mühüm üstünlükərinə görə qısa zamanda ad qazandıran Sky Port məhsulu ilə bağlı ətraflı məlumat əldə etmək mümkün olacaqdır. SkyPort Sazz 4G İnternet şəbəkəsinin əhatə dairəsindən asılı olmadan həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. Belə ki, SkyPort məhsulun abunəçiləri saniyədə 5 meqabitdən 100 meqabitə qədər seçilmiş sürətlə sabit internet xidmətindən faydalana bilərlər.Bakutel sərgisinin ziyarətçiləri arasında Sazz 4G İnternet abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq imkanına malik olacaqlar.2013-cü ildəki Bakutel sərgisindən ötən vaxt ərzində Sazz 4G İnternet öz əhatə dairəsini mütəmadi olaraq genişləndirib və bu ilki Bakutel ərəfəsində Azərbaycanın bir sıra regionlarında genişzolaqlıİnternet xidməti göstəməyə başlayıb. İlkin olaraq paytaxt Bakı və Xırdalan şəhərlərini əhatə dairəsinə daxil edən şirkət qısa vaxt ərzində Abşeron yarımadasının, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Şəki, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Astara, Lənkaran, Lerik və Masallı şəhərlərinin internet istifadəçiləri də simsiz və limitsiz İnternetin verdiyi imkanlardan faydalanmağa başlayıblar. Son bir neçə ay ərzində Sazz 4G İnternet Bakı şəhərinin daxilində dəmövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artırıb.SAZZ brendi 2010-cu ildə AzQtel şirkəti tərəfindən Bakutel sərgisi çərçivəsində bazara təqdim olunub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol