• $
  • €
  • ₽
  • ₺
  • £

Nar Mobile Bakutel sərgisində yeniliklərini təqdim edir

Nar Mobile Bakutel sərgisində yeniliklərini təqdim edir
29.05.2020 10:02
Nar Mobile mobil operatorunun rəsmi tərəfdaşı olduğu Bakı 2015 Avropa Oyunlarına xüsusi diqqətlə yanaşı, stenddə səyahətçilərə də xüsusi diqqət yetirilir.

Belə ki, Nar Mobile bu yaxınlarda Rouminq mükafatı proqramına başlamışdır və bu proqrama əsasən xaricə səfərə çıxan istənilən Nar Mobile abunəçisinə rouminq xidmətindən istifadə etdiyinə görə mobil operator tərəfindən xallar (miles) verilir. Nəticədə, abunəçilər qazandıqları xallarla pulsuz təyyarə biletləri əldə etmək imkanını qazanırlar. Stend daxilində xüsusi interaktiv ekran quraşdırılmışdır ki, qonaqlar hər bir rouminq ölkəsinin xüsusiyyətləri ilə tanış olmaq imkanına malikdirlər. Onlar, həmçinin sanki həmin ölkədə olduqları anın fotoşəkilini çəkə bilirlər.

Uçuşlar və xaricə səfərlər haqqında danışarkən, qeyd edilməlidir ki, qonaqlar və abunəçilər stendə yaxınlaşmaqla uçuş xallarının toplandığı (miles) AZAL kartını ala bilirlər.

Stenddə "Nar Home” haqqında təfərrüatlı məlumat verilir. "Nar Home” bir neçə müxtəlif informasiya və əyləncə xidmətlərini bir cihazda əks etdirən və Azərbaycanda analoqu olmayan konsepsiyadan ibarətdir: baza variantında abunəçilər surətli İnternetə, televiziyaya (o cümlədən, yüksək dəqiqlik kanallarına) və İstək əsasında video xidmətinə (Video on Demand) çıxış əldə edə bilirlər.

Bu innovativ platformun bazarda mövcud olan digər təkliflərdən prinsipial fərqi ondan ibarətdir ki, ailə media fayllarının saxlanılması üçün yerli bulud (Local Cloud), ağıllı ev (Smart Home), məsafədə təhsil (Distant Learning), ev təhlükəsizliyi (Home Security) və sairə bir çox əlavə xidmətlər gələcəkdə "NarHome” ekosisteminə qoşula biləcək. "Nar Home” məhsulunun tətbiqi Azərbaycan əhalisinə ən sərfəli qiymətlərlə öndə gedən və yüksəkkeyfiyyətli telekommunikasiya xidmətlərini ehtiva edən "Nar Mobile” strategiyasını tam şəkildə əks etdirir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol