• $
  • €
  • ₽
  • ₺
  • £

Manat dəyərdən düşəcək? - Ekspert rəyi

Manat dəyərdən düşəcək? - Ekspert rəyi
09.12.2014 18:19
Bəs, manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı?

İqtisadçı ekspert Vüqar Bayramov bu sualın cavabı üçün təhlil aparıb. ANN.Az həmin təhlili sizə təqdim edir:

"Son günlər ən çox verilən sual manatın dəyərdən düşüb-düşməməsi ilə bağlıdır. Rusiya rublunun yeni neqativ rekordlarından və neftin dünya bazar qiymətində müşahidə edilən kəskin azalmalardan sonra vətəndaşlarmızda da milli valyutanın məzənnəsi ilə bağlı müəyyən narahatçılıq hiss edilməkdədir. Əslində, belə hallarda Mərkəzi Banklar rəsmi acıqlamalar verməklə əhalini məlumatlandırmağa çalışsalarda hələlik Azərbaycanın baş bankında susmağa üstünlük verirlər.

Bəs, manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı? Neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələləlik tədiyyə balansımızda müsbət saldo saxlanılmaqdadır. İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında qara qızılın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da hələ də xarici ticarətdə böyük profistə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur. İqtisadi baxımdan, Mərkəzi Bankın manatın deyil, dolların sterilizasiyasını həyata keçirməlidir ki, milli valyuta kəskin möhkəmlənməsin. Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərind təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracatdan daxil olmalarin azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorlar daxil olmaqla bir sıra digər sahələrin təsirlənməsidir. Buraya eyni zamanda Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir.
Bütün bunları nəzərə alaraq isə orta və uzunmüddətli deyil, qısa müddətli dövrüdə milli valyutanın məzənnəsini proqnozlaşdırmaq olar. Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısa müddətli dövrdə manatın məzənnəsindəki stabilik qorunub saxlanılacaq. Bu isə o deməkdir ki, yaxın yarım ildə mövcud şərtlər daxilinda manatın məzənnəsinda azalma müşahidə edilməməlidir. Deməli, milli valyutanın məzənnəsi ilə bağlı indki halda narahatçılıq yoxdur. Eyni zamanda Mərkəzi Bankın Pul Kredit Siyasətinin Əsas İstiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatı məzənnəsi ilə bağl siyasət daha çox dünya neft bazarında baş verənlərdən asılı olacaq. Təbii ki, milli valyutanın məzənnəsi ilə bağlı qərarların heç də həmişə öncədən və iqtisadi baxımdan proqnozlaşdırıla bilmədiyini də unutmamalıyıq".

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol