• $
  • €
  • ₽
  • ₺
  • £

Şad xəbər: İki pensiya alacaqsınız

Şad xəbər: İki pensiya alacaqsınız
13.02.2015 21:30
"Dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondunda konkret dərəcələr yoxdur. Əgər vətəndaş hər iki fondda qeydiyyatdan keçib, hər ikisinə ödəniş edərsə, gələcəkdə ikiqat pul almaqla özünün həyat şəraitini normal qura biləcək”.
 
Bunu Axar.az-a açıqlamasında özəl pensiya fondlarının yaradılmasına münasibət bildirərkən iqtisadçı ekspert Rəşad Həsənov bildirib. O, yeni yaradılacaq pensiya fondlarının bazarda rəqabətliliyi artıracağını açıqlayıb: "Dünyanın bir çox yerində özəl pensiya fondları var. Bu fondlar dövlətin inhisarında və nəzarətində olmadan fəaliyyət göstərir. Lakin müəyyən qanunvericiliklə onların fəaliyyəti tənzimlənir. Özəl fondların məqsədi bu gün hökumətin həyata keçirdiyi pensiya siyasətinə uyğundur. Bu fondların xüsusiyyətləri ondan ibarətdir ki, insanlar işləmə qabiliyyəti olan dövrdə ödədiyi dividentləri gələcəkdə işləmə qabiliyyətini və ya yaşa görə işləmə qabiliyyətini itirərkən geri ala biləcəklər. Dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondunda konkret dərəcələr yoxdur və vətəndaş seçimi var. Hər bir kəs bu fondlara istədikləri qədər vəsait ödəyə bilər. Əgər vətəndaş hər iki fondda qeydiyyatdan keçib, hər ikisinə ödəniş edərsə, gələcəkdə ikiqat pul almaqla özünün həyat şəraitini normal qura biləcək. Həm dövlət, həm də özəl pensiya fondlarının birgə fəaliyyəti nəticəsində insanların pensiya yaş dövrü daha təminatlı şəkildə formalaşacaq. Eyni zamanda dövlət pensiya fonduna alternativin yaranması bazarda rəqabət şəraitinin yaranmasına və xidmətlərin yüksəlməsinə gətirib çıxaracaq”.
 
Ekspert özəl fondların eyni zamanda yığılan vəsaitləri idarə etmələrinə icazə veriləcəyini bildirib:
 
"Pensiya fondları əllərində olan vəsaitləri təbii olaraq idarə etməli və mümkün qədər risklərdən qorumalıdır. Böyük ehtimalla yığılan vəsaitlərin etibarlı maliyyə institutlarında və şirkətlərin səhmlərində istifadəsinə icazə veriləcək”.
 
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov  açıqlamasında Azərbaycanda alternativ pensiya fondlarının yaradılmasının nəzərdə tutulduğunu və bununla bağlı işçi qrupunun yaradıldığını açıqlayıb. O, qısa zamanda alternativ pensiya fondları ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcəyini bildirib.

ANN.Az
 







Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol