Dünya bazarında xam neft ucuzlaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,23%, yaxud 1,15 dollar ucuzlaşaraq 49,61 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 1,26% və ya 0,75 dollar ucuzlaşaraq 59,73 dollara olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı təxmin edilir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















