• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ABŞ-dan quş ətinin idxalını dayandıra bilər

Azərbaycan ABŞ-dan quş ətinin idxalını dayandıra bilər
29.03.2015 15:10
"Azərbaycan ABŞ-dan idxal edilən quş əti məhsullarında xəstəlik aşkar edildiyi təqdirdə, bu məhsulun ölkəyə gətirilməsinə qadağa qoyacaq. Bu, təkcə bizim deyil, həm də Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) qərarları əsasında baş tutacaq".

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ABŞ-da hind quşları arasında H5N2 "quş qripi" virusunun sürətlə yayılmasına dair məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti idxal həyata keçirdiyi ölkənin epizodik vəziyyətini Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) verdiyi məlumatlar əsasında öyrənir: "Orada epizodik vəziyyət sabitdirsə, həmin ölkədən heyvan mənşəli məhsulların idxalına icazə verilir. Hazırda ölkəyə Türkiyə, Braziliya və ABŞ-dan quş əti idxal edilir. Xəstəlik qeydə alınıbsa, məlumat bizə daxil olacaq. ABŞ-ın ərazisi böyükdür. Biz məhsul aldığmız ərazidə xəstəlik yaranıbsa, şübhəsiz ki, biz idxalı dayandıracağıq".

ABŞ Kənd Təsərrüfatı Nazirliyi elan edib ki, ölkədə ən iri hind quşu tədarükünü həyata keçirən fermalardan birində H5N2 "quş qripi" virusu aşkar edilib. Xəstəlik Minnesota ştatının Strens dairəsində qeydə alınıb. Hazırda təsərrüfat karantinə alınıb. Bu ferma ştatda böyüklüyünə görə ikinci təsərrüfatdır. Fermada ümumilikdə 39 min quş var. Onların bəziləri artıq ölüb. Qalanları isə virus yayılmasın deyə məhv ediləcək.

Minnesota ABŞ-da quş əti istehsalı üzrə ən böyük ştat hesab edilir. Artıq ştatın üç fermer təsərrüfatında bu xəstəlik aşkar edilib. Təhlükəli virus Missuri, Arkanzas, Kanzas və Oreqonda da aşkarlanıb. Dörddən artıq ölkə Amerikadan hindquşu ətinin idxalını dayandırmaq məcburiyyətində qalıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol