Metroda iş saatları dəyişdiriləcək

"Bakı Metropoliteni" QSC-də iş saatları dəyişdiriləcək.
Bu, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı baş tutacaq. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq yarışlar zamanı sərnişinlərin maneəsiz və rahat hərəkətinin təşkil edilməsi məqsədilə iyunun 12-28-də metronun iş saatları artırılacaq: "Belə ki, həmin tarixlərdə metronun iş saatı saat 06:00-dan saat 01: 00-a qədər uzadılacaq. Lakin keçiriləcək I Avropa Oyunlarının açılış və bağlanış günü metronun iş saatı gecə saat 02:00-a qədər artırıla bilər".
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin adi günlərdə iş saatları saat 06:00-24:00-dır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















