• $
  • €
  • ₽
  • ₺
  • £

I Avropa Oyunları zamanı Bakıda avtomobillərin lisenziyalaşdırılması ləğv edildi

I Avropa Oyunları zamanı Bakıda avtomobillərin lisenziyalaşdırılması ləğv edildi
21.04.2015 12:39
I Avropa Oyunları zamanı Bakıda avtomobillərin (buraxılış vərəqəsi) lisenziyalaşdırılması ləğv edilib.
 
Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, paytaxt sakinləri Avropa Oyunları zamanı avtomobillərindən park etmədən sərbəst şəkildə istifadə edə biləcəklər. Parkedilən avtomobillər xəbərdarlıq edilmədən evakuator vasitəsilə götürüləcək. Xüsusi qapalı yerlərdə parketmədən istifadə olunacaq.

Məlumatda qeyd olunur ki, vətəndaşlar Avropa Oyunları zamanı xüsusi ayrılacaq ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov öncə Trend-ə deyib ki, I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək.

Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar.

N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək.

Xatırladaq ki, daha öncə məlumat verilmişdi ki, Avropa Oyunları zamanı Bakıda avtomobillərdən istifadə edilməsi üçün müvafiq qurumlardan xüsusi buraxılış (lisenziya) vərəqəsi alınmalı idi.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol