• $
  • €
  • ₽
  • ₺
  • £

Natiq Əliyev: “Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”

Natiq Əliyev: “Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”
07.05.2015 13:09
 
"Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və onlar bu asılılığı azaltmaq istəyirlər"

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edəcək "Cənub Qaz Dəhlizi”nin tikintisi qrafikdə nəzərdə tutulan vaxtla müqayisədə daha sürətlə aparılır.

"APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniyanın "Sputnik” nəşrinə bildirib

Nazirin sözlərinə görə, hazırda inşası davam etdirilən Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq İtaliya sərhədinə qədər uzanacaq Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) birləşəcək: "Bu işlər 2019-cu ilə qədər yekunlaşacaq. Hədəfimiz həmin il Türkiyəyə 6 milyard kubmetr qaz tədarük etməkdir. 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz çatdıracağıq”.

N. Əliyev əlavə edib ki, bu kəmər Avropa üçün alternativ təbii qaz mənbələrini təmin edəcək: "Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunası həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir. Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və onlar bu asılılığı azaltmaq istəyirlər”.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol