• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!
25.05.2015 12:26
Bakıda Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, küçənin ümumi uzunluğu 2 200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınır. Müəyyən hissələrdə yolun hərəkət zolağının genişləndirməsi işləri də həyata keçirilib. Artıq küçə frezlənib və yeni asfalt-beton örtüyünün vurulması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə burda 45 min kv. metr sahəyə asfalt vurulacaq. Səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək.

Artıq küçə boyu 8 200 paqon metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Ərazidə kommunikasiya, xüsusən də su, qaz, işıq və rabitə xətlərinin çəkilişi ilə məşğul olan qurumlar da qazıntı işləri apararaq, yeni xətlərin çəkilişi işlərini həyata keçirir. İki böyük prospekti birləşdirən Ə.Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Qeyd edək ki, yenidənqurma işlərinin yaxın günlər ərzində tamamlanması planlaşdırılır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol