• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan üçün 45 bank çoxdur"

"Azərbaycan üçün 45 bank çoxdur"
31.05.2015 12:30
Azərbaycanda bankların konsolidasiyası həyata keçirilməlidir. ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektoru şöbəsinin direktoru Betti Uilkinson deyib.

Onun sözlərinə görə, Azərbaycan kimi ölkə üçün 45 bank çoxdur: "İlk növbədə, bank sahəsində idarəetmə sisteminin nə dərəcədə yaxşı təşkilinə və bankların hansı maliyyə mənbələrinin olduğuna baxmalıyıq. Onların müştəri bazasına və inkişaf strategiyasına baxmaq, sonra kiçik bankları daha böyük banklarla birləşdirmək lazımdır".

Xanım B.Uilkinson qeyd edib ki, konsolidasiya dünyanın bir çox ölkələrində həyata keçirilən normal prosesdir: "Hələlik Asiya İnkişaf Bankının Azərbaycan banklarından birində pay sahibi olmaq və mümkün birləşmədə iştirak etmək kimi planı yoxdur. Bizə belə bir sorğu daxil olsa, əlbəttə, onu nəzərdən keçirəcəyik. Lakin hələlik belə bir müraciət daxil olmayıb".
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol