• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya giriş qadağası ilə bağlı mövcud vəziyyət açıqlandı

Bakıya giriş qadağası ilə bağlı mövcud vəziyyət açıqlandı
06.06.2015 17:40
İlk Avropa Oyunlarının keçiriləcəyi dövrdə Bakıda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün iyunun 1-dən tətbiq olunan məhdudiyyətdən sonra paytaxta daxil olmaq istəyən minə yaxın avtomobil saxlanılıb və ya hərəkət istiqamətləri dəyişdirilib.

Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən (BŞBDYPİ) məlumat verilib.

İdarədən bildiriblər ki, şəhərə girişi qadağan edilənlərin xeyli hissəsi texniki nasazlığı olan maşınlar və yük avtomobilləridir: "İyunun 1-dən etibarən bütün istiqamətlər üzrə 24 saat xidmət aparılıb. İctimaiyyətin məlumatlandırılması nəticəsində iyun ayının 3-4-dən etibarən rayon qeydiyyatı olan avtomobillərin paytaxta gəlməsi kəskin azalıb".

İdarədən verilən məlumata görə, hazırda "Riyad" Ticarət Mərkəzinin həyətində və Müşfiq postu yaxınlığındakı dayanacağın hər birində 10-dan artıq, Ələt yolunda ayrılan sahədə isə 50-yə yaxın ağırtonnajlı və digər yük avtomobilləri saxlanılır: "İyunun ilk günlərində Bakıya buraxılmayan minik avtomobilləri də həmin dayanacaqlardan istifadə edirdilər. Amma sonradan geri qayıdıblar və ya hərəkət istiqamətlərini dəyişiblər".

Məlumata görə, operativ nəqliyyat vasitələrinin şəhərə daxil olmasına heç bir məhdudiyyət qoyulmayıb: "Həmçinin göndərişi olan xəstələri daşıyan rayon qeydiyyatı olan avtomobillər də şəhərə buraxılıb. Bəzi hallarda isə göndəriş olmadan belə ağır xəstə aparan nəqliyyat vasitələri istisna hal kimi paytaxta buraxılıblar".

Qeyd edək ki, Bakı-Sumqayıt yolundan istifadə edənlərə "Riyad" Ticarət Mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçünsə Ələt yolunun 14-cü km-də sahə ayrılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol