Azərbaycan əhalisinin gəlirləri 6% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 16,2 mlrd. manata çatıb.
Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi 4,5% artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövr ərzində gəlirlərin 73,9%-i son istehlak xərclərinə, 9,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0%-i isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,7% çox vəsait qalıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















