• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda manat əmanətləri azalır

Azərbaycanda manat əmanətləri azalır
26.06.2015 15:26
Azərbaycanda manat əmanətlərinin həcmi azalmaqda davam edir. Manat əmanətləri 2015-ci ilin aprel ayında daha 451 mln. manat və ya 16,8% azalaraq mayın 1-nə 2 245,1 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hesabat ayında xarici valyutada olan əmanətlərin həcmində isə artım müşahidə olunub. Xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi 387,6 mln. manat və ya 7,6% artaraq mayın 1-nə 5 472,2 mln. manata çatıb.

Qeyd edək ki, manatla əmanətlərin azalması, xarici valyutada isə əksinə artımı fevral ayından başlayıb və bu tendensiya sonrakı aylarada da xas olub. Fevralda manatla əmanətlərin həcmi 30,1%, martda 9,7% azalıb. Xarici valyutada isə əmanətlərin həcmi fevralda 73,8%, martda 2,8% artıb.

Statistikaya əsasən, mayın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi 7 717,2 mln. manat təşkil edib ki, bunun da 29,1%-i milli valyutada, 70,9%-i xarici valyutada yerləşdirilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol