• $
  • €
  • ₽
  • ₺
  • £

Qızıl sürətlə ucuzlaşır

Qızıl sürətlə ucuzlaşır
02.07.2015 17:18
 Yunanıstandakı iqtisadi böhran etibarlı maliyyə aktivi olan qızıla tələbatı artıra bilməyib. "Mitsubishi UFJ Financial Group"un iqtisadi təhlilçiləri hesab edirlər ki, yunan böhranı artıq qızılın qiymətində öz əksini tapıb. Ekspertlərin fikrincə, böyük ehtimalla qızılın qiymətinin yüksəlməməsi Yunanıstanın real olaraq defolta düşməyəcəyi və Avrozonadan ayrılmayacağından irəli gəlir. Çünki, tarix göstərir ki, bu tip situasiyalar adətən son anda müsbət həll olunur.

"Report"un versiyi xəbərə görə, UBS bankda isə hesab edirlər ki, Yunanıstan avro bölgəsindən ayrıla bilər və bu zaman qızıla tələbat yaranacaq. Amma bu tələb zəif və qısamüddətli olacaq. Daha sonra bank təhlilçiləri qeyd ediblər ki, son zamanlar maliyyə bazarları artıq mənfi xəbərlərə qarşı immunitet qazandıqları üçün qızıl bu tip hadisələrə kəskin reaksiya vermir. Qızılın yüksəlməsi üçün həqiqətən maliyyə bazarlarında risk yarada biləcək hadisələr baş verməlidir.

Qeyd edək ki, qızılın unsiyası (31,1 qram)mayın 17-də 1 232 dollar qiymətindən azalmağa başlayıb və hazırda 1 163 dollara düşüb. Qızılın maksimum qiymətini 2011-ci il sentyabrın 4-də olub və 1 911 dollar/ unsiya təşkil edib. Təhlillər onu göstərir ki, qızıl 1 130 dollardan aşağı enərsə tezliklə 1010 dollara, daha sonra isə qiymət hətta 680 dollara qədər geriləyə bilər.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol