• $
  • €
  • ₽
  • ₺
  • £

Manatla kreditlər xarici valyutadan bahadır

Manatla kreditlər xarici valyutadan bahadır
08.07.2015 18:46

Ölkədə ən bahalı kreditlər Lənkəran, ən ucuz isə Gəncə-Qazax iqtisadi rayonundadır

Azərbaycanda ən bahalı kreditlər illik 24,2%-lə Lənkəran, ən ucuz isə 9,5% olmaqla Gəncə-Qazax iqtisadi rayonunda təklif edilir. "Report" bu barədə Mərkəzi Bankın cari il iyunun 1-nə olan hesabatına istinadən xəbər verir.

Ən ucuz kreditlərin ilk üçlüyündə Gəncə-Qazax iqtisadi rayonunu 14,4%-lə Naxçıvan və 19,5%-lə Abşeron iqtisadi rayonları əvəz edib. Ən bahalı kreditlərin üçlüyündə isə Lənkərandan sonra 23,5%-lə Dağlıq Şirvan və 23,4%-lə Aran iqtisadi rayonları yer alıb.

Hesabata əsasən, iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun 83,5%-i və ya 17,091 mlrd. manatı Bakı şəhərinin payına düşüb. Bakı şəhəri üzrə orta faiz dərəcəsi 11,9% təşkil edib. Orta faiz dərəcəsi manatla kreditlər üzrə 12,4%, xarici valyutada isə 11,3% səviyyəsində qeydə alınıb.

Bildirək ki, iyunun 1-nə maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu 20,468 mlrd. manat olmaqla orta faiz dərəcəsi 13,1%, o cümlədən manatla kreditlər üzrə 13,6%, xarici valyutada 12,3% olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol