• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “Wi-Fi” texnologiyası təqdim edildi

Yeni “Wi-Fi” texnologiyası təqdim edildi
15.07.2015 23:38
"Wi-Fi Alliance” Beynəlxalq Qeyri-kommersiya Assosiasiyası "Wi-Fi Aware” texnologiyası ilə təchiz edilən qurğuların sertifikasiyalaşdırılmasına başlanmasını bəyan edib. Bu barədə təşkilatın rəsmi saytında deyilir.
 
"Wi-Fi Aware” vasitəsilə qurğular internet bağlantısı qurulmamışdan əvvəl informasiya mübadiləsi edə biləcək. Mütəxəssislərin sözlərinə görə, texnologiya enerjidən az istifadə etməsi ilə seçilir.
 
İstifadəçilər müvafiq əlavəni quraşdırmaqla onlara hansı məlumatları almağın lazım olmasını həll edə biləcəklər. Məsələn, onlar yaxınlıqda yerləşən mağazada qurğu sahibini maraqlandıran malların satışa çıxarılması və ya endirimlər mövsümünə başlanması barədə bildirişlər ala biləcəklər. Oxşar məqsədlər üçün "Apple” qurğuları üçün hazırlanan "iBeacon” texnologiyası çıxış edə bilər.
 
Məlumatda "Wi-Fi Aware” ilə uyğunluq təşkil edən mobil qurğular üçün mikrosxemin adı da açıqlanıb. Bunlar "Broadcom BCM4358”, "Intel Dual Band Wireless-AC 7260”, "Marvell Avastar 88W8897” və "Realtek RTL8812AE” mikrosxemləridir.
 
"Wi-Fi Alliance” Assosiasiyası iri kompüter texnikası və "Wi-Fi” simsiz qurğular istehsalçılarını birləşdirir, - "Lenta” yazır.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol